Skip to main content

Xidməti məlumat / Məlumatların qorunması

İndustriestr. 27
89257 İllertissen
Almaniya Telefon: 0049 7303 2222
Faks: 0049 7303 2002 Elektron poçt: info@spaccer.com
İnternet www.spaccer.com İcraçı direktor: Franz Hamann
Qeydiyyat məhkəməsi Neu-Ulm
Əlavə Dəyər Vergisi ödəyicisinin eyniləşdirmə nömrəsi: DE 130 797 435

Məlumatların qorunması barədə bəyanət

Səhifəmizə baş çəkmənizlə əlaqədar əldə edilən, emal və istifadə olunan şəxsi məlumatlarınızın qorunması bizim üçün önəmli vəzifədir. Sizin məlumatlar qanuni müddəalar çərçivəsində qorunur. Aşağıda səhifəmizə baş çəkərkən əldə olunan məlumatlar və onların istifadəsi haqqında məlumat ala bilərsiniz:

  1. Məlumatların əldə edilməsi və emal olunması
    Səhifəmizə hər bir giriş və səhifəmizdə yerləşdirilmiş faylın hər bir yüklənməsi protokollaşdırılır. Onların yaddaşda saxlanması daxili sistem yönümlü və statistik məqsədlərə xidmət edir. Protokollaşdırılan məlumatlar: yüklənən faylın adı, yüklənmə tarixi və saatı, ötürülmüş fayl həcmi, uğurlu yüklənmə barədə məlumat, internet brauzer və sorğulayan domen. Əlavə olaraq sorğulayan kompüterin İP ünvanları da protokollaşdırılır. Bundan kənara çıxan şəxsi məlumatlar yalnız məlumatların könüllü şəkildə, məsələn sorğu və ya da qeydiyyatdan keçmə zamanı verildiyi təqdirdə qeyd olunur.
  2. Şəxsi məlumatlardan istifadə və onların ötürülməsi
    Şəxsi məlumatların sərəncamımıza verildiyi təqdirdə bu məlumatlar Sizin sorğularınızın cavablandırılması, Sizinlə bağlanmış müqavilələrin icra olunması və texniki administrasiya üçün istifadə olunur. Şəxsi məlumatlarınız üçüncü şəxslərə yalnız o zaman verilə və ya da ötürülə bilər ki, bu müqavilənin icrası, hesablama işləri üçün zəruri olsun və ya da bununla əlaqədar öncədən razılığınız verilmiş olsun. Sizin verilmiş razılığı gələcəkdə dayandırmaq məqsədilə hər zaman geri çağırmaq hüququnuz var. Yaddaşda saxlanılan şəxsi məlumatların silinməsi Sizin yaddaşda saxlanma ilə əlaqədar razılığınızı geri çağırdığınız, yaddaşda saxlanma ilə nəzərdə tutulan məqsədin yerinə yetirilməsinə onların daha zəruri olmadığı ya da onların yaddaşda saxlanmasının digər qanuni səbəblərdən yolverilməz olduğu təqdirdə həyata keçirilir.
  3. Məlumat vermə hüququ
    Yazılı sorğuya cavab olaraq məmnuniyyətlə Sizi haqqınızda yaddaşda saxlanılan məlumatlar ilə əlaqədar bilgiləndirməyə hazırıq. Təhlükəsizlik barədə bildiriş: Üçüncü şəxslər əldə edə bilməsin deyə şəxsi məlumatlarınızı mümkün olan bütün texniki və təşkilati vasitələrlə qorumağa çalışırıq. Elektron poçt vasitəsilə kommunikasiya zamanı tam təhlükəsizlik təmin olunmadığına görə təhlükəsiz məlumat mübadiləsi üçün poçtdan istifadə etməyi tövsiyyə edirik.

Məsuliyyətdən azad olma

Özünün 12 may 1998-ci il tarixli hökmü ilə Almaniyada yerləşən Hamburq Əyalət Məhkəməsi qərar vermişdir ki, internet bağlantısının yerləşdirilməsi ilə müəyyən hallarda müvafiq internet səhifəsinin məzmunu üçün məsuliyyət daşınılmış olur. Əyalət Məhkəməsinin fikrincə bunun qarşısı yalnız bu məzmundan aydın şəkildə kənarlaşdırıldığı halda alına bilər. Bu səhifələr və firmalar qrupumuza daxil olan səhifələrdə digər internet saytlarına bağlantılar yerləşdirilmişdir. Bütün səhifələrdəki bağlantılar üçün aşağıdakı keçərlidir: biz açıq şəkildə bildiririk ki, bağlantıları yerləşdirilmiş saytların dizaynı və məzmunlarına heç bir təsirimiz olmayıb. Bu səbəbdən də bu səhifədə bağlantıları yerləşdirilmiş bütün saytların məzmunlarından aydın şəkildə kənarlaşdığımızı bəyan edirik və bu məzmunların bizə aid olmadığını bildiririk. Bu bəyanat bu səhifədə yerləşdirilmiş bütün bağlantılara şamil olunur.