Nəqliyyat vasitəsinin qaldırılması üçün SPACCER® sistemi

Bütün istehsalçılara aid olan minik maşınları üçün

SPACCER® yüksək bərkliyə malik olan xüsusi alüminiumdan hazırlanmış spiral halqadır. O nəqliyyat vasitənizin şassi nömrəsinə uyğun olaraq xüsusi hazırlanır. Bununla 100% dəqiqlik təmin edilmiş olur. SPACCER® vasitəsilə Siz bütün marka və modellərə aid olan nəqliyyta vasitələrini 48 mm-dək qaldıra bilərsiniz.

SPACCER® vasitəsilə 12 mm qaldırma

SPACCER® maşınınızı bir təkər üzərində 12 mm qaldırır. Siz qaldırılmadan ön ox, arxa ox və ya da ön və arxa oxlar üzərində yararlana bilərsiniz. Hər bir SPACCER® TÜV yoxlamasından keçərək çatdırılır. SPACCER®-lər qara rəngdə anodlaşdırılır və beləliklə optik cəhətdən də amortizasiya dayağına sadə şəkildə uyğun gəlirlər.

Əldə etdiyiniz üstünlüklər:

Yer səthi ilə daha az təmas Tez-tez qoşquların taxıldığı minik maşınlarında optimal istifadə etmə Yaxşılaşdırılmış minmə rahatlığı Davamlı şəkildə yüklənmə zamanı səviyyənin tarazlanması Təkərin sərbəst hərəkətliliyinin yaxşılaşdırılması Yolsuzluq şəraitində istifadə olunan nəqliyyat vasitəsinin idman üslubunda görünüşü Həmçinin aşağı səviyyəli nəqliyyat vasitələri üçün

SPACCER® üçün seçimə əsasən rezin profillə +3 mm

SPACCER®-in aşağı novçasına seçimə əsasən əldə olunan rezin profil taxıla bilər. O nəqliyyat vasitəsinin bir SPACCER® üzrə daha 3 mm yuxarı qaldırılmasına səbəb olur. Bununla da qaldırma bucağını daha incə şəkildə uyğunlaşdırmaq imkanı əldə olunur. Eyni zamanda rezinin təkanları özünə hopduran və səslərin azaldılmasına xidmət edən xüsusiyyətləri sayəsində sürmə rahatlığı da artmış olur.